Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlik zirvəsinə ucalmış Eldar Şirinovun ad günü məzarı önündə qeyd olundu

12 iyul 2021 | 16:00

 12 iyul 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Çərəkə kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Eldar Bağır oğlu Şirinovun doğum günü Çərəkə kənd Şəhidlər xiyabanında məzarı önündə qeyd olundu.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Həmçinin tədbirdə çıxış edənlər şəhid Eldar Şirinovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.
  Oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər