Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi Şəhidi Xəyyam Hüseynovun ad günü qeyd edildi

10 iyul 2021 | 16:00

 Rayonun Məlikkənd kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Xəyyam Hüseyn oğlu Hüseynovun ad günü şəhidin məzarı önündə və evində rayon İcra Hakimiyyətinin müavini, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.
  Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
  Mərasimdə çıxış edənlər 25 yaşı tamam olan şəhid Xəyyam Hüseynovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Şəhidin atası Hüseyn Hüseynov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər