Mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı operativ qərargahın videokonfrans formatında iclası keçirildi
İyulun 3-də rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətovun sədrliyi ilə rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə videokonfrans formatında iclası keçirildi
Videokonfrasnda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon Suvarma Sistemləri idarəsinin, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədləri iştirak edirdilər.
İclasda qeyd olundu ki, son dövrdə havaların quraq keçməsinə görə Kür və Araz çaylarında, yeraltı mənbələrdə suyun həcminin kəskin azalması əkin torpaq sahələrinin suvarılmasında müəyyən çətinliklər yaranmışdır. Bununla bağlı mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyə sədrlərinin daxil olduğu operativ qərargah yaradılmışdır.
Operativ qərargah hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirməli, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlamalı, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxmalı, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirməli olduğu müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.