Polis işçilərinin peşə bayramı günü qeyd olundu
02 iyul 2021-ci il tarixdə Polis işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Ədalət Dövlətov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri və Polis İdarəsinin əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon Polis şöbəsində keçirilən tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəisi polkovnik Sənan Əsədov Azərbaycan polisinin keçdiyi şərəf yolundan danışaraq bildirib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğınınbariz təcəssümüdür. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də polis əməkdaşlarının fəaliyyətinə yüksək qiymət verir, polis işçilərinin xidməti vəzifələrinin yerinə yetirilməsinə hər cür şərait yaradır və onların əməyi layiqincə qiymətləndirilir.
Fərəhləndirici haldır ki, bu gün Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilmiş, bir qrup polis əməkdaşı orden və medallarla təltif edilmiş, Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir.
Sonra rayon İcra Hakimiyyətinin başçısının müavini Ədalət Dövlətov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Göyçay rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim edilib.