Rayon icra hakimiyyətinin başçısı növbəti videokonfrans keçirdi
30 iyun 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində qurban bayramı günlərində qurbanlıq qoyunların satışı, kəsimi, taxıl və dənli bitkilərin yetişməsi və yığımı mövsümündə yanğın təhlükəsizliyi tələblərinə əməl edilməsi və peyvənd işlərinin aparılması ilə bağlı videokonfrans formatında növbəti iclası keçirildi.
Videkonfransda rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq-mühafizə orqanlarının, Dövlət Aqrar İnkişaf Mərkəzinin rayon şöbəsinin, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı videkonfransda çıxış edərək pandemiyaya qarşı mübarizənin vəziyyəti və peyvəndləmə prosesinin gedişi, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesini sürətləndirilməsi və nəzarətin gücləndirilməsi tapşırıqlarını bir daha konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Qarşıdan gələn «Qurban Bayramı» ilə əlaqədar kəsim prossesinin həyata keçirilməsində müvafiq tövsiyə və təlimatlara uyğun işlərin təşkil etməli, qaydalarla müəyyən edilmiş yerlərdə zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirləri həyata keçirilməli, insanların kütləviliyinə, sıx toplaşmasına, habelə ictimai yerlərdə icazəsiz qurbanlıq heyvanların kəsilməsinə və satışının təşkilinə yol verilməməlidir.
Yanğln təhlükəsizliyi ilə bağlı qeyd olundu ki, rayon ərazisindən keçən respublika üçün strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətlərinin mühafizə zonasında yanğın hadisələrinin qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2021-ci il tarixli 66 saylı sərəncamı əsasında ilə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının hüquq-mühafizə orqanlarının, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət xüsusi qərargah yaradılmışdır.
Yanğın hadisələrinin baş verməsinin qarşısını almaq, yanğın barədə operativ məlumatların verilməsini təmin etmək və yanğınların söndürülməsində yerli sakinlərin iştirakını təmin etmək üçün hər bir nümayəndəliyin ərazisində operativ qruplar yaradılmışdır.
Kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmaqla, həm də ümumxalq qayğısıdır. Yerlərdə bələdiyyələr, rayon polis şöbəsinin nümayəndələri ilə bu işə ciddi nəzarət etməlidirlər.