Şəhid Əli Eyvazovun ad günü qeyd edildi
30 iyun 2021-ci il tarixində rayon ictimaiyyətinin nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Seyran oğlu Eyvazovun ad günü münasibəti ilə şəhidin evində olmuş və şəhidlər xiyabanənda məzarına gül dəstələri düzərək xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısı şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasının təşkil edildiyini, rayonda şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsindən razı olduqları qeyd olundu.
Şəhidin ailə üzvləri Əlinin ad günündə göstərilən diqqət və qayğıya görə rayon icra hakimiyyəti başçısına və «N» saylı hərbi hissənin rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.