Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd edildi

23 iyun 2021 | 16:00

 Rayonda 23 iyun Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, icra aparatının məsul işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş və Bayraq Muzeyində olmuşlar.
  Rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində açıq hava şəraitində davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə aparatın əməkdaşlarını təbdrik edərək bildirdi ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin 25 may  2006-cı il  tarixli  Sərəncamı  ilə hər il  iyun ayının 23-ü  Azərbaycan  Respublikasında  Dövlət Quluqçularının    Peşə  bayramı günü  kimi  qeyd  edilir. Məlumdur ki, ölkəmizdə, müstəqil Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasında, inkişafında, Ulu Öndərin, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu Öndər  məktəbinin  layiqli davamçısı, ölkə  prezidenti cənab İlham Əliyev qeyd edir ki, “Hər bir  dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə  dövlətin güzgüsüdür və dövlət qulluğunda olmaq insanlara  xidmət  etmək imkanı deməkdir. Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir. İnsanlara  xidmət imkanıdır”.
  Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov və aparatın gənc əməkdaşı Tofiq Əzizov qeyd etdilər ki, bu gün Azərbaycanda müasir və demoktraktik idarəetmə modeli, səmərəli və şəffaf dövlət qulluğu mexanizmi fəaliyyət göstərir. Dövlət qulluğu anlayışı “Cəmiyyətə xalqa qulluq” mənasını ifadə edir. Vətəndaş dövlət xidmətlərinin istehlakçısı, onun məmnunluq səviyyəsi isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas meyar hesab olunur.
  Sonda dövlət qulluqçularına peşə bayramı günü münasibətilə hədiyyələr təqdim edilmişdir.

Keçidlər