Rayonun Çərəkə kəndində şəhid Paşa Salamovun xatirəsinə inşa olunan bulağın açılışı olub
İyunun 21-də Göyçay rayonunun Çərəkə kəndində şəhid Paşa Həkim oğlu Salamovun xatirəsini əbədiləşdirmək məqsədi ilə şəhidin adına inşa edilən bulağın açılışı olub. Açılışda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak ediblər.
Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igid Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhidin ailə üzvləri və kənd sakinləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları kənd qəbiristanlıqlarında dəfn edilmiş birinci və ikinci Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib gül dəstələri düzmüşlər.