Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 8 mart beynəlxalq qadınlar günü qeyd olunub.

08 mart 2014 | 16:00

8 Mart Beynəlxaql Qadınlar günü münasibətilə rayon icra hakimiyyətində təşkil olunan bayram tədbirində qadınların cəmiyyətimizdəki rolundan söz açılıb. Bildirilib ki, zəriflik, ülvilik və gözəllik rəmzi olan qadınlar kişilərlə çiyin-çiyinə çalışmaqla bərabər gənclərin milli-mənəvi ruhda tərbiyyə olunmasında əvəzsiz rol oynayırlar. Bütün dövrdə olduğu kimi bu gün də zərif cinsin nümayəndələri öz istedadı, zəkası və iradəsi ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov məlumat verib ki, son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında, dövlət qulluğunda, sahibkarlıq sahəsində çalışan qadınlar sayı artmaqda davam edir. Rayon rəhbəri vurğulayıb ki, bir neçə göyçaylı qadının dövlət başçısı tərəfindən fəxri adlara layiq görülməsi onların əməyinə verilən qayğının bariz nümunəsidir. Tədbirdə zərif cinsin nümayəndələri çıxış edərək onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər. İctimai, mədəni həyatda fəallıq göstərən bir qrup qadına xatirə hədiyyələri təqdim olunub.  

Keçidlər