Şəhid Paşa Həkim oğlu Salamovun ailə üzvləri ilə görüş keçirilib
İyunun 18-də Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kəndində ikinci Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Paşa Həkim oğlu Salmanovun ailə üzvlərinin ziyarət etmiş və şəhidin adına inşa olunan bulağın tikinti işləri ilə maraqlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı tikinti işlərinin tezliklə tamamlanması üçün müvafiq tapşırıqlarını vermişdir.
Sonra şəhidin valideynləri ilə onların evlərində görüşmüş qarşılıqlı ətraflı söhbət aparmışdır. Şəhidin atası H.Salmanov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir.