Tibb işçilərinin peşə bayramı qeyd olundu
17 iyun 2021-ci il tarixdə “Tibb İşçilərinin peşə bayramı” günü münasibətilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin bir qrup tibb işçisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və üzərinə gül dəstələri düzmüşlər.
Sonra rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə ünvanladığı təbrik məktubu tibb işçilərinin diqqətinə çatdırılmışdır. Təbrik məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Xəstəxananın Vətən müharibəsi zamanı hərbi hospital kimi fəaliyyət göstərdiyi dövrdə tibb işçilərimiz fədakarlıq nümayiş etdirmişlər. Hazırda koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan peyvəndləmə prosesində də fəal iştirak edirlər.
Tibb işçiləri onlara göstərilən diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.