Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“15 iyun–Milli Qurtuluş günü” qeyd edildi

15 iyun 2021 | 16:00

 “15 iyun–Milli Qurtuluş günü” münasibətilə rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
  Rayon icra hakimiyyətinin başçısı 15 iyun - Milli Qurtuluş Günü haqqında məlumat verərək bildirmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
  Həmin uğurun bariz nümunəsi sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.
Sonra rayon rəhbərliyi şəhər ərazisində gəzinti 
zamanı rayon sakinləri ilə görüşərək onlarla səmimi söhbət etmişlər.

Keçidlər