Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra hakimiyyəti başçısının sədrliyi ilə Operativ Qərargahın növbəti iclası keçirildi

08 iyun 2021 | 16:00

 İyunun 8-də rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər və vaksinasiya prosesinin gedişi barədə keçirilən iclasda hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və qərargah üzvlərinin iştirakı ilə növbəti iclas keçirildi.
  Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində mövcud qaydalara əməl edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Həmçinin iclasda məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarəti təmin etmələri qeyd olunmuşdur.
  İclasda çıxış edən rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin Regional Şöbəsinin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, Göyçay Mərkəzi məscidinin imamı Cavid Səfərov və digərləri infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dini ibadətlərin məhdud sayda və qaydalara uyğun həyata keçirilməsinin vacib olduğunu bildirdilər.

Keçidlər