Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmuşdur

03 iyun 2021 | 16:00

 Rayon İcra Hakimiyyətinə kümdarlar tərəfindən barama qurdlarının becərilməsinin son mərhələsində müəyyən problemlərin yaranması, ipəkqurdlarının barama sarıması prosesinin ləng getməsi ilə bağlı müraciətlər daxil olmuşdur.
  Bununla əlaqədar rayon icra hakimiyyətinin başçısı 03 iyun 2021-ci il tarixdə Şəhadət kəndində barama qurdlarının becərilməsi prosesi ilə tanış olmuş, tam yetişmə mərhələsində olan ipəkqurdlarının barama sarıma prosesinin alınmadığını müşahidə etmişdir. Rayonun meyvəçilik və faraş tərəvəzçiliklə məşğul olan Mırtı, Şəkər, Şəhadət, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərindən də kümdarlar tərəfindən oxşar müraciətlərin daxil olduğu nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən yaranmış problemlərin səbəblərinin dəqiqləşdirilməsinə müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilmişdir.

Keçidlər