Rayonda elektrik enerjisi təsərrüfatı yenilənir
02 iyun 2021 | 16:00
Göyçay şəhərində elektrik enerjisi təsərrüfatının yenilənməsi, nasazlıqların aradan qaldırılması, yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, küçələrin işıqlandırılmasının təmin olunması istiqamətində işlər görülür.
Belə ki, 02 iyun 2021-ci il tarixdə şəhərin Heydər Əliyev prospekti, Səməd Vurğun, Mehdi Hüseynzadə, Nizami küçələrində elektrik təsərrüfatında yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunub, işıqlandırma isə bərpa edilib. Bununlada həmin ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatının dayanıqlı və keyfiyyətli olmasına şərait yaradılmışdır.