Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
May 26-da rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə idarə, müəssisə, təşkilatların rəhblərinin və inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı videkonfransda çıxış edərək rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərinin daha da gücləndirilməsi, əhalinin vaksinasiya olunması ilə bağlı maarifləndirmənin mütəmadi olaraq aparılması, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi barədə müvafiq tapşırıqlar verilmişdir.
Videokonfransda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin barama götürən müqavilə bağlanmış şəxslərlə mütəmadi, davamlı görüşlərin keçirilməsi, baramanın becərilməsi işinə nəzarətin gücləndirilməsi, barama qurdlarının baxış qaydalarına onların vaxtında yemlənməsinə ciddi riayət edilməsi məsələləri tapşırılmış və öhdəliyin yerinə yetirilməsinə məsuliyyətlə yanaşılması onların diqqətinə çatdırılmışdır.
Sonra videokonfransda son günlər Rusiya ilə sərhəddən keçid məntəqəsində yaranmış sıxlıqla əlaqədar rayon ərazisində yetişdirilmiş pomidor məhsulunun səhərddən keçirilməsindəki çətinliklər barədə məlumat verilmiş və problemin həlli üçün aidiyyəti Nazirliklər tərəfindən müvafiq tədbirlərin görüldüyü bildirilmişdir