Bayraq muzeyinə baxışlar davam edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin respublika ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması eləcə də muzeylərin və sərgi zallarının fəaliyyəti bərpa edilməsi ilə əlaqədar olaraq rayon ərazisində İdarə, müəssisə, təşkilatlar arasında müəyyən olunmuş qrafikə və karantin qaydalarına uyğun olaraq Bayraq Muzeyinə baxış keçirilir.
24 may 2021-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsinin işçiləri Bayraq Muzeyində olmuşlar. Muzeylə tanışlıq zamanı Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verilmişdir.
Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir.