Rayon İcra Hakimiyyətinin başçısı Ləkçılpaq kəndində subvensiya hesabına inşa edilmiş istixana kompleksində olmuşdur
17 may 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Ləkçılpaq bələdiyyəsinə ayrılmış subvensiya hesabına rayonun Ləkçılpaq kəndində istixana kompleksi inşa edilmişdir.
17 may 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı istixana kompleksində olmuş, burada aparılan işlərlə, pomidor ştillərinə göstərilən qulluqla maraqlanmış və müvafiq tövsiyyələrini vermişdir.