Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İpəkqurdu toxumu kümçülərə paylanıb

30 aprel 2021 | 16:00

 Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, ölkədə barama istehsalı ildən-ilə artır.
  Göyçay rayonunda da baramaçılığın inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Aprelin 29-da Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 350 qutu barama qurdu rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə saxlanılcaq 200 nəfərdən çox kümçülər arasında bölünərək təhvil verilmişdir.
Son illər rayon ərazisində ümumilikdə 530830 ədəd tut tingi əkilmişdir ki, bundan 399000 ədədi Çin Xalq Respublikasından gətirilmiş, 131830 ədədi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş yerli tut tingləri olmuşdur.
  Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verəcəkdir.

Keçidlər