2013-cü ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
2013-cü ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ötən il Göyçayda həyata keçirilən quruculuq işərini əks etdirən foto şəkillərə və iqtisadi göstəricilərdən bəhs edən diaqramalara baxış olub. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov məlumat verib ki, hesabat dövründə sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 34,2 milyon manat investisiya yönəldilib. Bu vəsaitin 86,1%-i istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilib. Ümumi məhsul buraxılışının həcmi isə 2012-ci ilə nisbətən 5,1% artaraq 225,9 milyon manat olub. Sosial problemlərin həlli məqsədilə 4 kəndə təbii qazın verilişi bərpa edilib. Şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində xeyli işlər görülüb. Rayon mərkəzində Şahmat məktəbi, Bayraq meydanı inşa olunub. Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fəsad hissələri müasir memarlıq üslubunda yenilənib, dam örtükləri təzələnib. Ulu Öndərin adını daşıyan park da yenidən qurulub. Şəhərin bir çox küçələrinə asfalt örtüyü döşənib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 7000 əhalisi olan altı yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikən avtomobil yolunun tikintisinə başlanılıb. Göyçay-Ucar avtomobil yolunun tikintisi, eləcə də şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası, 3 Mva gücü olan “Göyçay-1” su elektrik stansiyasının inşası davam etdirilib.
Hesabat dövründə 2 kənddə müasir məktəb binaları, şəhər mərkəzində isə 1 bağça istifadəyə verilib. Eləcə də digər 2 kənd yaşayış məntəqəsində məktəb binalarının tikintisinə, Mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə, rayon Tədris istehsalat mərkəzinin əsaslı yenidən qurulmasına başlanılıb.
Hesabat dövründə rayonda 765 daimi iş yeri yaradılıb. rayon Maliyyə idarəsi üçün yeni inzibati bina inşa olunub.
Hesabat yığıcağında 2014-cü ildə icra olunacaq sosial infrastruktur layihələr barədə də məlumat verilib. Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev və millət vəkili Sabir Hacıyev çıxışlarında ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən danışıblar.