Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə videokonfrans keçirildi
Aprelin 27-də rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhblərinin və inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı videkonfransda çıxış edərək rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlərinin daha da gücləndirilməsi, əhalinin vaksinasiya olunması ilə bağlı maarifləndirmənin mütəmadi olaraq aparılması, ictimai-iaşə obyektlərində müvafiq qaydalara əməl edilməsi, qoruyucu maskalardan istifadənin zəruriliyi, xeyr-şər mərasimlərinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilmişdir.
Sonra Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Ləman Hacıyeva məlumat verərək bildirmişdir ki, rayonumuzda 21 yanvar 2021-ci il tarixdən başlayaraq əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması prosesinə başlanılmışdır, əhalinin vaksinasiya olunması müntəzəm olaraq aparılır. Bu günədək 10825 nəfər peyvənd olunmuşdur, o cümlədən ondan 7687 nəfər artıq rayon sakininin 1-ci doza ilə peyvənd olunması həyata keçirilib. Bunlardan 1245 nəfəri 65 yaşdan yuxarı, 4203 nəfəri 50-65 yaş arası 2239 nəfəri 50 yaşdan az olan vətəndaşlardır. Həmçinin 2-ci doza üçündə 3164 nəfər vaksinasiya prosesindən keçmişdir.
Həmçinin videokonfransda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin barama qurdlarının qəbulu ilə əlaqədar hazırlıq işlərinin və saxlanılma yerlərinin vəziyyəti, yem bazasının yaxşılaşdırılması məqsədi ilə tut tinglərinə qulluq edilməsi və barama qurdlarının becərilməsi ilə bağlı qulluq qaydalarının öyrənilməsi haqqında məlumatları dinlənilmiş və müvafiq tövsiyələr verilmişdir.