Çernobıl Qəzasının 35-ci ildönümünə həsr olunmuş görüş keçirilmişdir
23 aprel 2021-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı 4 nəfər Çernobıl Qəzası əlili ilə görüşmüşdür.
Görüşdə dünyasını dəyişmiş Çernobıl qəzası iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirmişdir ki, qəza zamanı Azərbaycandan əsasən gənclərdən ibarət 7 min nəfərdən çox, o cümlədən 65 nəfər Göyçaylı vətəndaşımız böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanmışdır. Onların çoxu elə oradaca həlak olmuş, qalanları isə ömürlük əlil olaraq ağır xəstəliklərə tutulmuşlar.
Görüşdə qeyd olunmuşdur ki, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən aparılan sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Sonra Çernobıl əlillərinin problemləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı Çernobıl qəzası əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.