Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində koronavirus infeksiyasının yayılma və vaksinasiya aparılması vəziyyəti barədə qərargah üzvlərinin növbəti iclası keçirildi

06 aprel 2021 | 16:00

 Aprelin 6-da rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasının yayılma vəziyyəti və peyvənd işlərinin aparılması ilə bağlı rayon qərargahının videokonfrans formatında növbəti iclası keçirildi.
İclasda İclasda rayon qərargahının üzvləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdi.
 Rayon İcra Hakimiyyətinin başçısı videkonfransda çıxış edərək Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu keçirilən iclasında ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti, yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da  genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqqında verilmiş tapşırıqları bir daha konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra rayonda Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunmasının gedişatı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, rayon üzrə hal-hazıradək 6787 nəfər peyvənd olunmuşdur ki, bundan 2901 nəfəri  ikinci doza ilə peyvənd olunanlardır. 
 Videokonfransda həmçinin rayon ərazisində tut tinglərinin becərilməsi, barama qurdlarının saxlanılması üçün hazırlıq işlərinin vəziyyəti barədə məlumatlar dinlənilmiş və rayon İcra Hakimiyyəti başçısı tərəfindən lazımi tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər