Göyçay şəhərində abadlıq işləri davam etdirilir
02 aprel 2021 | 16:00
Göyçay şəhərinin küçə və məhəllədaxili yollarında, binaların həyətlərində asfalt vurulması, abadlaşdırılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
02 aprel 2021-ci il tarixdə şəhərin Heydər Əliyev prospekti, Nizami, Atatürk, Vaqif, Ə.Kərim, R.Rza küçələrində dağılmış asfalt örtüyünün və səkilərin bərpası işləri aparılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan ərazilərdə olmuş, aparılan abadlıq işlərinin icrası ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.