31 Mart –Azərbaycanlıların Soyqırımı günüdür
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır.
31 mart – Azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad etmək məqsədilə sosial izolyasiya qaydalarına riayət edilməklə rayon rəhbərliyi, dindarlar, rayon ağsaqqalları “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət etmiş və abidə önünə gül-çiçək dəsətələri düzmüşlər.