Rayon icra Hakimiyyətinin başçısı görülən işlərlə maraqlanmışdır
Martın 19-da rayon İcra Hakimiyyətinin başçısı Potu kəndində artezian quyusunun istifadəyə verilməsi və Bığır kəndində körpü keçidində aparılan işlərlə maraqlanmışdır.
Kənd sakinlərinin istəyi nəzərə alınaraq rayon rəhbərliyinin təşəbbüsü ilə kənd əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Potu kəndində artezian quyusu bərpa olunaraq istifadəyə verilmişdir. Artezian quyusunun yenidən bərpası ilə 100 dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcəkdir. İcra başçısı qeyd edib ki, növbəti mərhələlərdə də əhalinin suya olan tələbatının ödənilməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Rayonun Bığır kəndində Şəhid ailəsinin müraciətinə əsasən yaşadığı evə gedən qəzalı vəziyyətdə olan körpü keçidində bir müdddət əvvəl rayon rəhbərliyinin tövsiyəsinə əsasən bərpa olunması istiqamətində işlərə başlanılmışdır. Körpü keçidi əsaslı təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Ərazidə yaşayan kənd sakinləri körpünün təmirində əməyi olanlara dərin minnətdarlığını bildirmişlər.