Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Azər Əliyevin ad günü qeyd olundu

18 mart 2021 | 16:00

 Vətən müharbəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlardan biri Kürdşaban kəndindən olan Əliyev Azər Elnur oğlunun ad günü məzarı önündə anıldı.
Martın 18-də rayon İcra Hakimiyyətinin başçısı, kənd sakinləri və ailə üzvləri şəhidin məzarını ziyarət etmiş, gül-çicək dəstləri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Şəhid Azər Əliyev 2020-ci il oktyabrın 30-da Füzuli rayonun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Şəhidin yaşadığı evdə olmuş və valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhid atası Əliyev Elnur şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

Keçidlər