Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Qadın Resurs Mərkəzinin açılışı olmuşdur

15 mart 2021 | 16:00

 Martın 15-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Almaniya Beynəlxalq Təşkilatının Azərbaycan üzrə direktoru Karin Hoerhan və rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Göyçay rayonunda Qadın Resurs Mərkəzinin açılışı olmuşdur.
 Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında olmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzərək, Şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla yad ediliblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 2020-ci ilin sentyabr ayından başlayaraq “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması” layihəsini həyata keçirir.
 Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulması, onlar arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik, bacarıqlarının gücləndirilməsi və məşğulluğun artırılması üçün iqtisadi imkanlarının genişləndirilməsidir.
Layihə çərçivəsində sentyabr-oktyabr ayları ərzində Komitə əməkdaşlarının və  Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə rayon və kənd qadınları ilə görüşlər keçirilmiş, həyat şəraiti ilə yaxından tanış olmuş və ehtiyacları müəyyənləşmişdir. Qadınlar arasında seçim edərkən həssas qrupdan olanlara üstünlük verilmişdir.
 2020-ci ilin noyabr ayında seçilmiş, məşğulluğuna dəstək göstəriləcək qadınlar üçün “Özünü təqdim etmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı”, “Maliyyə savadlılığı”, “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” mövzularında təlimlər keçirilmişdir.  Təlimlərdə 30-a yaxın qadın və qız iştirak etmişdir. Dekabr ayında 28 nəfər qadına (14 nəfər bərbərlik, 4 nəfər dərzilik, 3 nəfər əl işləri, 4 nəfər fermer, 2 nəfər şirniyyatçı, 1 nəfər xalaçaçılıq fəaliyyəti üçün) biznes fəaliyyətə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün  qeyri-pul şəklində maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunmuşdur.
Sonra rayonun Şəhadət və Qarabağlar kəndlərində sahibkarlıq fəaliyyətinə dəstək göstərilmiş Nuranə Qədirova, Təranə Cəfərova və Yeganə Süleymanovanın evlərində olmuş, onların biznes fəaliyyətləri ilə yerində tanış olmuşlar.
Daha sonra Vətən müharibəsində şəhid olmuş polkovnik Babək Səmidlinin və Təbriz Xancanovun ailəsi ilə görüş keçirilmişdir.
 Şəhidlərin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər