Vətən müharibəsində yaralanan əsgələrlə görüşlər davam etdirilir
Martın 10-da rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Göyçay şəhəri Nizami küçəsində yaşayan Həşimov Nemət Əliyar oğlu və rayonun Şahsoltanlı kənd sakini Məmmədov Asif Hikmət oğlu və ilə görüş keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı hər iki qazinin mənzil məişət şəraiti, onların problemləri ilə maraqlanmış və Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Qələbədə rolu olan qazilərə həmişə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirmişdir.
Yaralı əsgərlər müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs etmiş, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.