Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidinin ad günü məzarı yanında qeyd olunub

08 mart 2021 | 16:00

 Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göyçay rayonunun Cəyirli kəndindən olan Kənan Elxan oğlu Ömərlinin ad günü dəfn olunduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.
 Mərasimdə rayon icra hakimiyyətinin başçısı, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Bu gün Vətən oğlu igid Kənan Ömərlinin 21 yaşı tamam olur.
 Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirməsindən, ordumuzun qazandığı qələbədən söz açaraq tarixi Qələbədə payı olan Kənan Ömərli kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
 Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı Qələbədə şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edilib.
 Şəhidin ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər