Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından şəhid Qasımov Qismət Yolçu oğlunun ad günü məzarı önündə qeyd edildi.
05 mart 2021-ci il tarixdə rayonun Şıxbəy kəndində Şəhidin anım günündə rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edərək məzarına gül-çicək dəstələri düzmüşlər.
Şəhid Qismət Qasımov 2020-ci il oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Şəhidin yaşadığı evdə olmuş və valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhid atası Qasımov Yolçu şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.