Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

26 fevral 2021 | 16:00

 26 fevral 2021-ci il tarixdə Xocalı Soyqırımı faciəsinin 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.
  Tədbirdə iştirak edən rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların yerli nümayəndələrinin rəhbərləri, Xocalıdan olan rayonda məskunlaşmış məcburi köçkünlər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
  Sonra tədbir iştirakçıları “Soyqırım” abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində rayonun Şəhidlər Xiyabanı ərazisində soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 631 şəhidin hər birinin xatirəsinə bir ağac əkilib.
  Tədbir karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.

 

 

Keçidlər