Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı yaralı zabitimizlə görüşdü

25 fevral 2021 | 16:00

 Fevralın 25-də rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Göyçay şəhər sakini, baş leytenant Arif Hüseynlə görüş keçirmişdir.
  Bundan əvvəl keçirilən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı qazinin yaşadığı mənzilin təmir edilməsi ilə bağlı müvafiq tapşırıq vermiş, qısa müddət ərzində evdə təmir işləri aparılmış, lazımi məişət avadanlıqları ilə təmin olunmuşdur.
  Görüşdə rayon İcra Hakimiyyətinin başçısı A.Hüseynə təşəkkürnamə  təqdim etmiş və Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Qələbədə rolu olan qaziyə təşəkkürünü bildirərək qeyd edib ki, şanlı Qələbəmizin qazanılmasında hünər göstərən soydaşlarımıza həmişə dərin hörmət və qayğı göstəriləcəkdir.
  Yaralı A.Hüseyn müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs etmiş, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə etmişdir.

Keçidlər