Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid ailələri, yaralılar və müharibə iştirakçıları ilə görüşlər davam edir

23 fevral 2021 | 16:00

 23 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kəndində Şıxəmir, Şıxbəy, Kürdşaban, Yenikənd, Çaxırlı kəndlərindən olan şəhidlərin ailə üzvləri, qazilər, əsgərlər və kənd sakinləri ilə görüş keçirtmişdir.
  Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son bir ildə ölkəmizdə siyasi, sosial və hərbi sahədə əldə olunan nəticələr, qarşıda duran vəzifələr, həmçinin pandemiya dövründə aparılan mübarizə tədbirləri və ölkəmizdə o cümlədən Göyçayda İkinci Qarabağ müharibəsində göyçaylıların könüllü olaraq cəbhəyə getmələrindən, şücaətindən, qərhərmanlığından, igidliyindən və şəhidlərin dəfninin izdihamla keçirilməsindən bəhs etmiş, qeyd etmişdir ki,  şəhid ailələrinə və qazilərə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən dövlət qayğısının göstərilməsi rayonumuzda da yüksək səviyyədə aparılır.
Rayon rəhbəri Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan komissiyaya edilən müraciətlərin araşdırılmasını və qanuni şəkildə adların verilməsini qeyd etdi.
  Sonra Kürdşaban kənd sakini, şəhid atası Əliyev Elnur Azər oğlu görüşün təşkil olunmasına görə təşəkkürünü bildirmiş və Kürdşaban kənd orta məktəbin qarşısına şəhidlərin fotoşəkillərindən ibarət lövhənin vurulmasını xahiş etmişdir. Görüşdə çıxış edən kənd sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.
  Görüş karantin qaydalarına uyğun olaraq keçirilib.

 

Keçidlər