Vətən müharibəsində həlak olan şəhidlərin ailələri və yaralanan daha bir hərbçimizlə görüş keçirilib
22 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olmuş Birinci Ərəbcəbirli kənd sakini Həsən Bayramovun valideynləri və yaralanan hərbiçi Göyçay şəhər sakini, baş leytenant Arif Hüseynlə görüş keçirmişdir.
Görüşdə şəhidin atası Ağaisa Bayramov onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirmiş, şəhidin yaşadığı küçəyə onun adına verilməsini xahiş etmişdir.
Qazi Arif Hüseynlə keçirilmiş görüşdə onun döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamından danışılmışdır.
Qazinin atası Aydın Hüseynov Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından və onun oğlunun fədakar döyüşünün qiymətləndirilərək 4 medalla təltif edilməsinə görə ölkə prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib