Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi iştirakçıları və yaralılar ilə növbəti görüş keçirildi

17 fevral 2021 | 16:00

 17 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən və yaralanan əsgərlərlə növbəti görüş keçirdi.
  Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir. Yaralıların səhhəti ilə yaxından maraqlanan rayon rəhbəri, dövlətimizin həmişə əsgərin yanında olduğunu bildirib, yaralılara Allahdan şəfa diləyib, tezliklə sağalıb ayağa qalxmağı, ölkəmizin həyatında fəal iştirak etməyi arzulayıb.
  Müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlığını bildiriblər.
  Sonda rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.

Keçidlər