Rayon İcra Hakimiyyətinin başçısı fəaliyyətə başlamış körpələr evi-uşaq bağçalarına baxış keçirib
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 15 fevral 2021-ci il tarixindən rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
16 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı uşaq bağçalarının fəaliyyətə başlamasından sonra bağçalarda koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı görülmüş işlərlə yerində tanış olmaq üçün Cəyirli kənd uşaq bağçasında olmuşdur.
Bildirilmişdir ki, rayon ərazisində fəaliyyətə başlamış körpələr evi- uşaq bağçalarında dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb, təmizlik abadlıq işləri görülmüşdür.
Bütün bağçalarda koronavirus (COVİD-19) pandemiyası üçün nəzərdə tutulan maarifləndirici məlumatlar paylanılmış, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatlar asılmışdır. Körpələrin koronavirus (COVİD-19) pandemiyasından qorunma qaydalarına riayət edilməsinə nəzarət daim diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrində gündəlik monitorinqlər keçiriləcək və karantin rejimi dövründə müvafiq qaydalara riayət edilməsi ilə bağlı zəruri tədbirlər görülür.