Rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirib
16 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Qaraxıdır kəndində Alpout, Bəydövül, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli kəndlərindən müharibədə iştirak edən, şəhidlərin ailə üzvləri, qazilər, əsgərlər və kənd sakinləri ilə görüş keçirtmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək 2020-ci ildə ölkəmizdə siyasi, sosial və hərbi hadisələrdən əldə olunan nəticələr, qarşıda duran vəzifələr, həmçinin pandemiya dövründə aparılan mübarizə tədbirləri və ölkəmizdə o cümlədən Göyçayda 44 günlük Vətən müharibəsində göyçaylıların könüllü olaraq cəbhəyə getmələrindən, şücaətindən, qərhərmanlığından, igidliyindən və şəhidlərin dəfninin izdihamla qarşılanmasından bəhs etmişdir. Həmçinin respublikanın hər yeridə şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsi rayonumuzda da yüksək səviyyədə aparılır.
Rayon rəhbəri Şəhid adlarının əbədiləşdirilməsi və rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan komissiyaya edilən müraciətlərin araşdırılması qanuni şəkildə uyğunlaşdırılaraq adların verilməsinin barədə məlumat verdi.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Göyçay rayon Mərkəzi Xəstəxanasında da ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması ilə bağlı rayon sakinləri arasında COVID-19-a qarşı vaksinasiya prosesinin aparılmasını qeyd etdi.
Sonra Bədyövül kənd sakini, şəhid atası Əsgərov Nurəddin Məhyəddin oğlu görüşün təşkil olunmasına görə təşəkkürünü bildirmiş və kənddə telefon xəttinin çəkilməsinə köməklik olunmasına, Bəydövül kənd sakini, şəhid qardaşı İsrayılov Natiq Sabir oğlu yaşadıqları küçənin cari təmir olunmasına görə təşəkkürünü bildirmiş və şəhid qardaşının məzarının yenilənməsini xahiş etmiş, Şəkər kənd sakini, şəhidi qardaşı Musayev Zabit Yunis oğlu həyatyan sahəsinə gələn suvarma arxının lil və çöküntülərdən təmizlənməsi, Qaraxıdır kənd sakinləri, şəhidin qardaşı Abdullayev Qəhrəman Bayram oğlu özünüməşğulluq proqramına qoşularaq mal-qara alınmasına köməklik göstərilməsi, kənd ağsaqqalları Həbullahov Kəmaləddin Abdul oğlu kəndin suvarma arxının lil və çöküntülərdən təmizlənməsi, İbrahimov Rauf Rəşid oğlu kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Alpout kənd sakini, qazi Şirəlizadə Ramin Mətləb oğlu kəndin suvarma arxının texnika vasitəsi ilə lil və çöküntülərdən təmizlənməsi barədə müraciət etmişdir.
Çıxış edən şəhid ailərinin üzvləri şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın işindən razı olduqlarını bildirdilər.
Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.