Rayon rəhbərliyi Vətən müharibəsində iştirak edən və yaralanan daha bir hərbçimizlə görüş keçirib
08 dekabr 2020 | 16:00
08 dekabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən və yaralanan daha bir hərbçimiz Müskürlü kənd sakini Ramazan Əvəz oğlu Məmmədovla görüş keçirib.
Görüşdə qazi Ramazan Məmmədov keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib