Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir

15 fevral 2021 | 16:00

 Fevralın 15-də rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə hüquq mühafizə orqanlarının rayon şöbələrinin, idarə, müəssisə rəhbərlərinin və şəhid ailə üzvlərinin iştirakı ilə şəhid adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə iclas keçirilmişdir.
  İclasda qeyd olundu ki, ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir və şəhid adlarının əbədiləşdirilməsi məsələlər diqqətdə saxlanılır. Şəhid adlarının küçələrə, təhsil müəssisələrinə və mədəniyyət ocaqlarına verilməsi ilə bağlı rayon icra hakimiyyətinə vətəndaşlardan və şəhidlərin ailə üzvlərindən müraciətlər daxil olmaqdadır.
  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının adının əbədiləşdirilməsi ilə bağlı qərarlar qəbul olunarkən müzakirələrin aparılması, ictimaiyyət nümayəndələrinin fikirlərinin nəzərə alınması daha məqsədəmüvafiq hesab olunur.
Bu məqsədlə rayon icra hakimiyyəti başçsının sərəncamına əsasən  müvafiq komissiya yaradılmış, komissiyada rayon icra hakimiyyəti başçsı aparatının vəzifəli şəxslər ilə yanaşı, din xadimləri, ictimaiyyət nümayəndələri və şəhid anası təmsil olunur.
  Şəhid adının əbədişləşdirilməsi barədə  qərarlar qəbul olunarkən qanunvericiliyin tələbləri də nəzərə alınmalıdır. Bu məsələlərlə bağlı  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş  «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» mövcuddur. Həmin Qaydaların 3.1.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adları küçələrə, meydanlara verilə bilər.
  Komissiyanın iclasında komissiya üzvlərinin təklifləri dinlənildi və müvafiq qərar qəbul olundu.

 

Keçidlər