Göyçay rayon Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
Fevralın 12-də Göyçay rayon Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub.
Tədbirdə Təhsil nazirliyinin aparat rəhbərinin müavini Nərminə Hüseynova, Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova və rayon Təhsil Şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Rahib Burcalıyev iştirak edib.
Bildirilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan əsaslı təmir edilməsi ilə bağlı qərar verilib. 764 şagird yerlik məktəbin binasında 34 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 584 şagird, məktəbəhazırlıq qrupunda 36 uşaq təhsil alır. Təhsil müəssisəsində 81 nəfər pedaqoji, 23 nəfər texniki işçi fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib.
Tədbir iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya, idman zalı ilə tanış olublar.