Rayon rəhbərliyi şəhidlərin ailə üvzləri və yaralılarla görüş keçirtmişdir
11 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı rayonun Qəbələ Müskürlü, Yeniarx, Mallı Şıxlı və Çərəkə kəndlərində Vətən müharibəsi zamanı şəhid olmuş əsgələrimizin məzarlarını ziyarət etmiş, onların ailə üzvləri və müharibədə yaralanan əsgələrlə görüş keçirtmişdir.
Görüşlərdə Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşadıqları sevinc hisslərindən danışılıb.
Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması qarşıda duran əsas vəzifələrdən biridir.
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin və yaralı əsgərlərimizin problemləri və onları narahat edən məsələləri dinləyib. Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.