31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününə və Yeni ilə həsr olunmuş bayram tədbirləri
Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə Göyçaydı silsilə tədbirlər keçirilib. Rayonun mərkəzi küçələri həmrəyliyimizi təbliğ edən plakat və şuarlarla bəzədilib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda təşkil olunan şənliklərdə 2013-cü ildə əldə olunan uğurlardan, həyata keçirilən infrastruktur layihələrdən söz açılıb. Heydər Əliyev parkında keçirilən ümumrayon bayram şənliyinə ayrı-ayrı kəndlərdən, rayon mərkəzindən minlərlə sakin qatılıb. Göyçaylılar 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasını əhəmiyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə olduğu kimi Göyçayda da quruculuq-abadlıq işlərinin aparılmasından, yeni sənaye və istehsal müəssisələrinin yaradılmasında minnətdarlıqla danışıblar.
Yeni ilin əsas rəmzi olan şaxta baba və qar qız ümumrayon şənliyinə əlavə çalar qatıb. Yerli musiqi kollektivləri rəngarəng konsert proqrammı ilə çıxış ediblər.