“8 Noyabr-Zəfər Günü” münasibəti ilə Göyçay Uşaq Musiqi məktəbində tədbir keçirilib
07 noyabr 2024-cü il tarixdə Arif Məmmədov adına Göyçay Uşaq Musiqi məktəbində “8 Noyabr-Zəfər Günü” münasibəti ilə keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Musiqi məktəbinin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səslənib.
Tədbirdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Zəfər savaşının zirvə nöqtəsi olan Şuşa əməliyyatının dünya hərb tarixində xüsusi yer tutan möhtəşəm bir savaş olduğu vurğulanıb.
Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.