Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Ləkçılpaq kəndində “İgidlər parkı”nın açılışı olub

02 fevral 2021 | 16:00

 02 fevral 2021-ci il tarixdə rayon İcra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə rayonun Ləkçılpaq kəndində vətən müharibəsi uğrunda şəhid olmuş və yaralanmış əsgərlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı ərazidə yeni salınmış “İgidlər parkı”nın açılış mərasimi olmuşdur.

Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən oğullarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmizdir.
Parkda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xüsusi işıqlandırma sistemi ilə xatirə lövhəsi hazırlanmış, həmçinin parkda monitor quraşdırılmış və monitorda kənd sakinlərindən müharibədə iştrak edən şəxslərindən ibarət videoçarx hazırlanaraq foto şəkilləri mütəmadi olaraq göstəriləcəkdir.
Həmçinin parkın ərazisində yaşıllıq salınmış, işıqlandırma sistemi quraşdırılmış və sakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılmışdır. Parkın ərazisi ilə yanaşı, onun yerləşdiyi ətraf ərazilərə də asfalt örtüyü vurulmuşdur.
Kənd sakinləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Keçidlər