Rayon rəhbərliyi Vətən müharibəsində iştirak edən və yaralanan daha bir hərbçimizlə görüş keçirib
Fevralın 1-də rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri və rayon gəcnləri ilə birlikdə yaralı əsgərimiz Vüqar İbrahimovla görüş keçirib.
Görüş iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında olmuş, Şəhidlərimizin məzarlarını ziyarət etmiş və üzərlərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı 44 gün davam edən haqq savaşında tarix yazan Vüqar kimi oğullarımızla başda Ali Baş Komandan olmaqla, hər kəsin fəxr etdiyini qeyd edib. “Ölkə Prezidenti tərəfindən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğı bu gün hər birimiz üçün örnəkdir”, - deyən icra başçısı yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.
Yaralımız Vüqar İbrahimov qısa olsa belə Vətən müharibəsində iştirak etdiyi üçün qürur hissi keçirdiyini söyləyib. Bizlərə tarixi Qələbəni bəxş edən, Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tez zamanda sağalmağı arzulayıb.
Qazi Vüqar İbrahimov keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.
Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib