Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyinin vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü

26 yanvar 2021 | 16:00

 Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü yollanaraq iştirak etmiş Vətən müharibəsi iştirakçıları ilə silsilə görüşləri mütəmadi olaraq davam etdirir.
  26 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdığını, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edildiyini və cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdiyindən bəhs edildi.
  Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Görüşdə iştirak edən hərbiçilər keçdikləri döyüş yolundan söhbət açmış və onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.
  Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib

Keçidlər