Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları ilə növbət görüş keçirildi

25 yanvar 2021 | 16:00

 25 yanvar 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və 11 saylı Ərazi Məşğulluq Məkəzi filialın müdiri ilə birlikdə rayon İcra Hakimiyyətinin inzibati binasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailə üzvləri və Vətən müharibəsində iştirak edən əsgərlərlə növbəti görüş keçirdi.
  Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır.
  Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və 11 saylı Ərazi Məşğulluq Məkəzi filialın müdiri Emil Bədəlov qeyd etdi ki, hər kəsin qəlbində daimi yaşayan şəhidlərimizin ailələrinin xüsusi diqqət və qayğı ilə əhatələndiyini və bundan sonra da onların problemləri ilə mütəmadi maraqlanaraq həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini bildiriblər.
  Daha sonra şəhdlərimizin ailə üzvləri və müharibə iştirakçıları göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
  Görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib

Keçidlər