Göyçay rayonunda COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayında vaksinləşmə prosesinə başlanılmışdır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.
21 yanvar 2021-ci il tarixdə Göyçay rayonunda da vaksinasiya prosesinə başlanılmışdır. Rayon Mərkəzi Xəstəxanasında COVID-19-a qarşı vaksinasiya prosesinin həyata keçirilməsi üçün xüsusi otaqlar ayrılaraq zəruri şərait yaradılmışdır. Birinci mərhələdə səhiyyə işçilərinin peyvənd olunması prosesinə başlanılmışdır