Rayonun Şəhidlər Xiyabanında abadlıq-bərpa işləri davam etdirilir
12 yanvar 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlər ilə maraqlanmışdır.
Rayon rəhbərliyi tərəfindən Şəhidlərimizə, onların ailə üzvlərinə həmişə xüsusi diqqət və qayğı göstərilib. Şəhid ailələrinin sosial problemləri ilə yaxından maraqlanması, şəhidlərimizin xatirəsinə ucaldılmış abidələrin, bulaqların yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Hazırda Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanında qəbir və sinə daşlarında təmir işləri aparılır, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılır, bu müqəddəs məkan abadlaşdırılır.
Rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanının ən yüksək səviyyədə abadlaşdırılması məqsədilə müvafiq tapşırıqlar vermişdir